14.11.2019

"Ölkəmizi tanıyaq" tur aksiyası

    Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən "Ölkəmizi tanıyaq" layihəsi üzrə  Zaqatala rayonu ümumtəhsil  məktəblilərinin  təhsildə yüksük nailiyyətlərinə görə fərqlənən 40 şagirdi Lənkəran bölgəsinə yola salınıblar. Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Zaqatala Rayon İcra Hakimiyyəti başçısı cənab Mübariz Əhmədzadə Heydər Əliyev Mərkəzində şagirdlərlə  görüşüb. Mübariz Əhmədzadə vurğulanıb ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsinə verdiyi böyük önəmin bariz nümunəsidir. İcra hakimiyyətinin başçısı ekskursiyanın məktəblilər üçün çox faydalı olacağına, tur-aksiya iştirakçılarının ölkəmizin cənub bölgəsindən zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini bildirib.

    Zaqatala Humanitar Fənlər Gimnaziyasının şagirdi Əkbər Şəfizadə, şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Nazlı Əhmədova və digər məktəblilər gənclərə belə gözəl layihə bəxş etdiyinə görə məktəblilər adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

    Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.


Açar sözlər: ,  ,