28.11.2019

"Formativ və summativ qiymətləndirmə vasitələrinin hazırlanması" layihəsinin bağlanış tədbiri keçirilib

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi olan "Formativ və summativ qiymətləndirmə vasitələrinin hazırlanması" ” layihəsinin bağlanış tədbiri keçirilib.

Zaqatala şəhər 2 nömrəli tam orta məktəbdə  keçirilən bağlanış  tədbirində RTŞ -nin nümayəndələri,  layihənin təlimlərində iştirak etmiş müəllimlər və direktor müavinlərinin iştirak ediblər.

Layihənin məqsədi müxtəlif ixtisaslı fənn müəllimlərinin Məktəbdaxili qiymətləndirmə vasitələrinin mahiyyətini və dərsə tətbiq edilməsi qaydalarını mənimsətməkdən ibarətdir.

Layihənin bağlanış mərasimində çıxış edən layihə  rəhbəri Aydan Mirzəyeva layihə çərçivəsində keçirilmiş təlimlərin müəllimlər üçün faydalı olduğundan  bildiribdir.

Sonda təlimdə iştirak edən və təlimi uğurla başa vuran müəllimlərə sertifikatlar verilib.

Qeyd edək ki, layihə 6 gün gündə 4 saat olmaqla 24 saatlıq təlimi əhatə edib.


Açar sözlər: ,  ,  ,