09.12.2019

"Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə"

       07.12.2019-cu il tarixdə Zaqatala rayonu ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02-14-1579/13 nömrəli 12.11.2019-cu il tarixli məktubuna uyğun olaraq  "Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə" layihəsi üzrə inşa-yazı müsabiqəsi keşirilib. Musabiqədə rayonun 48 tam orta məktəbinin şagirdləri iştirak edib.

        "Azərbaycanda Lider  və onların formalaşmasında imkanlar, çətinliklər və müneələr", "Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri", "Azərbaycanda köçkün qadınların göstərdiyi şücaət"  mövzularına  şagirdlər inşa yazılarında daha çox üztünlük veriblər.