11.12.2019

 "Xalqa bağışlanan ömür"

    Dekabrın 11-da Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" adlı tədbir keçirilib.

    Tədbirdə Zaqatala Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb kollektivi və şagirdlər iştirak ediblər.

    Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri haqqında danışılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.Ulu Öndər Heydər Əliyevin ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında,beynəlxalq əlaqələrinin və müstəqilliyin qorunması üçün gördüyü işlər və rolu haqqında danışılıb.

    Tədbirdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa ediblər. Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər.

    Ulu öndərin həyat və fəaliyyətinə dair videoçarxlar izlənilib.


Açar sözlər: ,  ,  ,