08.02.2020

Mübariz İbrahimovun xatirəsi anılıb  

Zaqatala rayonu ümumtəhsil məktəblərində Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbirlər keçirilib. Anım tədbirində çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Rayonun Humanitar fənlət gimnaziyasında Mübariz ibrahimovun doğum gününə həsr olunmuş atıcılıq yarışı, "Dünyaya qəhrəman gəldi" adlı tədbir, "Mən kəşfiyyatda" adlı sərgiyə baxış keçirilib. Şagirdlər qəhrəmana həsr olunan şeirlər, hekayələr söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

 

 


Açar sözlər: ,  ,  ,