04.03.2020

Tibbi-profilaktik və dezinfeksiya edici  tədbirlər. 

    Zaqatala  rayon ümumtəhsil müəssisələrində Koronovirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə intensiv tibbi-profilaktik və dezinfeksiya edici  tədbirlər həyata keçirilir. Dezinfeksiya tədbirləri yalnız peşəkar mütəxəssislər tərəfindən xüsusi dezinfeksiyaedici preparatlar vasitəsilə aparılır. Dezinfeksiya zamanı kimyəvi maddələrdən istifadə edilərək ətraf mühitdə olan əşyalar, səthlər və obyektlərdə mikroorqanizmlər məhv edilir.

    Mövcud standartın tələblərinə uyğun olaraq təhsil müəssisələrində mövcud təmizləmə və dezinfeksiya zamanı gün ərzində şagird, tələbə və təhsil müəssisəsinin kollektivi tərəfindən təmas edilən əşyalar:sinif otaqları,  masalar, oturacaqlar, qapılar və qapı tutacaqları, pəncərə tutacaqları və pəncərə kənarları,kompüter klaviaturaları və maus, bufetlər, yeməkxanalar, dəhlizlər, sanitar qovşaq otaqları, pilləkan tutacaqları. kitabxanalar, idman zalları, geyinib-soyunma otaqları, laboratoriyala istifadə edilən əyani və texniki vəsaitlər dezinfeksiya edilir.                                    


Açar sözlər: ,  ,