06.04.2017

“Milli dəyərlərimiz, həmrəylik və vətənpərvərlik”

Zaqatala Rayon Təhsil Şöbəsi, Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Danaçı kənd 2 nömrəli tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində “Milli dəyərlərimiz, həmrəylik və vətənpərvərlik” adlı tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Zaqatala RİH başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Vaşiyev tədbirin mahiyyəti barədə məlumat verib.

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev ölkədə “İslam Həmrəyliyi İli” elan olunmasının məqsədləri barədə məlumat verib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov isə məktəblilərin milli və vətənpərvər ruhda tərbiyə olunmasında təhsilin rolundan danışıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova və Zaqatala Rayon Təhsil Şöbəsinin əməkdaşı Səadət Sofiyeva mövzu ilə bağlı məruzələr ediblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Açar sözlər: ,