10.10.2017

“Ağ ölümə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Zaqatala şəhər Humanitar fənlər təmayüllü gimnaziyada “Ağ ölümə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən gimnaziyanın direktoru Məsumə Əfəndiyeva gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün məktəbdə görülən işlərdən və tədbirlərdən söz açıb.

Daha sonra çıxış edənlər narkomaniya və onun fəsadları barədə geniş məlumat veriblər.

Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib və tədbir iştirakçılarına narkomaniyanın fəsadları barədə video çarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,