24.02.2017

“Əlaçı” televiziya layihəsində iştirak üçün Zaqatala məktəbliləri seçim müsabiqəsində iştirak edib

2017-ci ilin mart və oktyabr aylarında "Əlaçı" televiziya layihəsinin 4-5-ci mövsümlərinin çəkilişinin planlaşdırılması ilə əlaqədar olaraq Zaqatala  rayonunun ümumtəhsil məktəblərindən ən yaxşı biliklərə malik 30 nəfər X sinif şagirdi Şəki şəhərində müsabiqədə iştirak edib. Seçim turunda suallar şagirdlərə qapalı test formatında təqdim olunub. Müsabiqədə Şəki, Qəbələ, İsmayıllı, Zaqatala, Qax, Balakən, Oğuz, Ağsu, Şamaxı rayonlarından 15 nəfər qız, 15 nəfər oğlan olmaqla 30 məktəbli iştirak edib. Seçim turunun nəticələri məlum olduqda Rayon Təhsil Şöbələrinə məlumat göndəriləcək.


Açar sözlər: ,