04.04.2017

IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir

Martın 30-da start verilmiş IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.

Zaqatala ümumtəhsil məktəbliləri arasında sərbəst  güləş və yüngül atletika növü üzrə yarışlar şəhər 3 nömrəli tam orta məktəbdə keçirilib.

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Yarışlar 11 idman növü -sərbəst güləş, Yunan-Roma güləşi, cüdo,  taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə iki mərhələ olmaqla keçiriləcək.

İdman növləri üzrə şəxsi yarışlarda və komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar.

Yarışlar aprelin 26-da başa çatacaqdır.


Açar sözlər: