10.04.2017

Boks idman növü üzrə zona yarışı keçirilib

IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində boks idman növü üzrə zona yarışı keçirilib.

Balakən rayonunda keçirilən yarışda Zaqatala, Balakən, Qax, Şəki, Qəbələ, Oğuz rayonlarından olan məktəblilər iştirak ediblər. Zaqatala məktəblilərindən 7-si II yerə, biri isə III yerə layiq görülüb.

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Yarışlar 11 idman növü -sərbəst güləş, Yunan-Roma güləşi, cüdo,  taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə iki mərhələ olmaqla keçiriləcək.

İdman növləri üzrə şəxsi yarışlarda və komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar.

Yarışlar aprelin 26-da başa çatacaqdır.


Açar sözlər: ,