19.04.2017

Futbol yarışının rayon mərhələsi başa çatıb

Təhsil Nazirliyinin dəstəyi, Coca-Cola şirkətinin sponsorluğu və AFFA-nın təşkilatçılığı ilə orta məktəblərin VII sinif şagirdləri arasında “Coca-Cola məktəbli kuboku layihəsi”nin 2016-2017-ci il mövsümü keçirilir. Layihənin keçirilməsində məqsəd ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin edilməsidir.

Məlumat üçün bildirək ki, yarışın rayon turu yanvar ayında başlayıb.

Aprelin 19-da Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbin idman zalında rayon turunun final mərhələsi keçirilib. Bu mərhələdə I yerə Yengiyan kənd tam orta məktəbin, II yerə Humanitar fənlər gimnaziyasının, III yerə isə Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.

Qaxda keçiriləcək zona birinciliyində Yengiyan kənd tam orta məktəbin şagirdlərindən ibarət komanda iştirak edəcək.


Açar sözlər: ,