22.04.2017

Beynəlxalq Yer Kürəsi Günü qeyd edilib

22 Aprel-Beynəlxalq Yer Kürəsi Günü ilə bağlı Zaqatalada yerləşən ümumtəhsil məktəblərində iməcilik və ağacəkmə aksiyaları keçirilib. Şəhər 2 nömrəli tam orta məktəbin VI sinif şagirdləri ingilis dili müəlimi Vüsalə Rzayeva ilə birlikdə məktəbin həyətini təmizləyiblər və dünyaya "Yer kürəsini qoruyaq” mesajı veriblər.

Gözbarax kənd tam orta məktəbində isə şagirdlər müəllimlərlə birgə müxtəlif növ meyvə ağacları əkməklə bu günü qeyd ediblər.

Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbin VII sinif şagirdləri “Gələcəyə zibil atmayaq” şüarı altında kimya müəllimi Günəş Əsgərova ilə birlikdə Heydər Əliyev Parkında təmizlik işləri aparıblar.

Məktəblərdə təmizlik və iməcilik aksiyaları həftə ərzində davam etdiriləcək.


Açar sözlər: ,