05.05.2017

İdmançı şagirdimiz Abdulcəlil Şabanov

Zaqatala rayon Paşan kənd tam orta məktəbin IX sinif şagirdi Abdulcəlil Şabanov 2002-ci ildə Paşan kəndində anadan olub. Abdulcəlil təhsilini davam etdirməklə yanaşı kiçik yaşlarından sərbəst güləş idman növü ilə də məşğul olub. O, 2013, 2015 və 2016-cı illərdə sərbəst güləş üzrə Respublika çempionu olub. 2016-cı ildə Beynəlxalq yarışda Azərbaycanı təmsil edib və III yerə layiq görülüb.

İstedadlı şagirdimiz idmana valideynlərinin dəstəyi ilə başlayıb. Onun hədəfi gələcəkdə də peşəkar olaraq bu sahədə uğur qazanmaqdır.