29.01.2021

Pandemiya şəraitində tədrisin təşkili

29.01.2021-ci il tarixdə Zaqatala rayonu ümumtəhsil məktəb rəhbərlərinin iştirakı ilə 01.02.2021-ci il tarixdən pandemiya şəraitinə uyğun qismən tədrisin başlanması ilə bağlı onlayn müşavirə keçirilmişdir. Onlayn müşavirədə pandemiya şəraitinə uyğun qarşıda duran məsələlər ilə bağlı geniş izahat işləri aparılmış, məktəb rəhbərlərinə hazırlıq işlərinin yekunlaşdırılması, məktəblərin tam şəkildə tədrisə başlanması üçün müvafiq şəraitin yaradılması tapşırılmışdır. 


Açar sözlər: ,  ,  ,