25.01.2021

Qarabağa gedən yol

Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Qarabağa gedən yol” adlı onlayn respublika  şeir müsabiqəsi keçirib. Müsabiqə Azərbaycan ordusunun şanlı qələbəsinə həsr olunub. Müsabiqəni keçirməkdə məqsəd uşaq və yeniyetmələrin vətənpərvərlik, milli-mənəvi dəyərlər, vətənə bağlılıq hisslərinin gücləndirilməsidir.  Respublika onlayn seir müsabiqəsində Zaqatala rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri də iştirak edib. Müəssisənin dərnək üzvləri  Qazıyev İslam 6-9 yaş qrupu üzrə ikinci yer, Qazıyev Məhəmməd 10-13 yaş qrupu üzrə birinci yer,Soltanova Zalxay 14-18 yaş qrupu üzrə birinci yerə layiq görülərək diplomla təltif olunublar.