01.02.2021

Zaqatala rayon ümumtəhsil məktəbləri qismən təhsilə başlayır.

Zaqatala rayon ümumtəhsil məktəblərinin ibtidai sinifləri, məktəbəhazırlıq qrupları və icma əsaslı qrupları qismən əyani təhsilə başlayıb.

Əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.

Qeyd edək ki, rayon üzrə 380 ibtidai sinif üzrə 6667, 78 məktəbəhazırlıq qrupu üzrə 1280 və 15 icma əsaslı qrupu üzrə 248 şagirdi ikinci yarımil üzrə təhsilə başlayır.


Açar sözlər: ,  ,  ,  ,