08.02.2021

Milli Qəhrəman Mübariz İbrahimovun ad gününə həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı videokonfrans keçirilib.

Fevralın 6-da Zaqatala rayon Aşağı Tala kənd1 nömrəli  tam orta məktəbin tarix müəllimi Günel Mirzəyeva VI,VII, VIII sinif şagirdləri ilə  Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı videokonfrans keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olanları qəhrəmanlarımızı .agirdlərə tanıtmaqdır.

Videokonfrans zamanı Mübariz İbrahimovun şərəfli ömür yolundan danışılıb, bildirilib ki,Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,