13.02.2021

Fənn olimpiadaları yekunlaşdı.

Fevralın 10-da Respublika fənn olimpiadalarının rayon mərhələsinin ilk günündə riyaziyyat və kimya fənləri üzrə130 şagird öz biliklərini sınayıblar.

Olimpiadaların Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbində keçirilib.

Respublika fənn olimpiadalarında mövcud epidemioloji vəziyyət nəzərə alınmış və pandemiya qaydalarına əməl edilməklə fevralın 11-də informatika, biologiya, coğrafiya, fizika fənləri üzrə 97, fevralın 12-də isə Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə 121 şagird iştirak edib.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.