25.02.2021

"Xocalı qan yaddaşımız" 

Xocalı faciəsinin 29-ci ildönümü ilə əlaqədar Zaqatala  ümumtəhsil məktəblərində  “Xocalı qan yaddaşımız“ adlı rəsm sərglərii təşkil edilib.

Sərginin keçirilməsində məqsəd XX əsrin ən böyük hərbi cinayətlərindən biri olan Xocalı soyqırımının insanlıq adına edilən genasid və soyqırım olması faktının gənc nəslə çatdırılması, həmin qanlı hadisənin gənc nəslin süurunda rəsmlər vasitəsilə canlandırılmasıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli hisslərin aşılanması sərginin keçirilməsində əsas məqsədlərdən biridir. 

Rəsmləri çəkən şagirdlər bu hadisə ilə bağlı düşüncələrini ağ kağızlara köçürüblər.

 


Açar sözlər: ,  ,