26.02.2021

Xocalı soyqırımına həsr olunmuş onlayn dərslər

Zaqatala şəhəri Z.Murtuzəliyev adına 1 nömrəli  tam orta məktəbi və Humanitar fənlər gimnaziyasında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı "Xocalı harayı" adlı onlayn dərslər keçirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Onlayn dərslərin keçirilməsində  əsas məqsəd  erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqındakı həqiqətlərin şagirdlərin diqqətinə çatdııırılmasıdır.

Xocalı soyqırımının əvvəlcədən düşünülmüş şəkildə azərbaycanlıların milli etnik əlmətlərinə görə kütləvi surətdə məhv edilməsi məqsədi ilə həyata keçirilməsi onlayn dərslər zamanı vurğulanmışdır. 2020-ci il Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə başlanmış Vətən müharibəsinin zəfərlə yekunlaşması, Azərbaycanın haqq savaşının mənfur düşmənlərin üzərində qazandığı tarixi qələbənin mahiyyəti şagirdlərə çatdırılmışdır.

Sonda Xocalı faciəsinə aid videoçarx nümayiş olunub.

 


Açar sözlər: ,  ,