26.02.2021

Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib.

      Zaqatala rayon ümumtəhsil məktəblərində  Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslər keçirilib.Tədris olunan dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirələri yad edilib.

Tədris olunan xüsusi dərslərdə müəllimlər 29 il bundan əvvəl Xocalının sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.


Açar sözlər: