02.03.2021

"Ümumdünya Ucadan Oxu Günü"

Zaqatala rayon Yuxarı Tala kənd 2 nömrəli tam orta məktəbində "2 Mart Ümumdünya Ucadan Oxu Günü " adlı tədbir keçirilib. Tədbirdə Ümumdünya Ucadan Oxu Günü-Söz , Kitab, Mütaliə bayramı olduğu qeyd olunub.Bu günün LitWorld şirkətinin təşəbbüsü ilə hər il mart ayının birinci həftəsinin çərşənmə günü qeyd olunduğu, bu günü qeyd etmənin məqsədi mütaliəni ətraf dünya ilə qarşlıqlı təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaq imkanı kimi göstərmək olduğu şagirdlərin diqqətinə çatdırılıb. Bu aksiyada iştirak etməklə, insanlar dünyadakı bütün uşaqların savad alması hüququnu dəstəklədiyi vurğulanıb.


Açar sözlər: ,  ,  ,