10.03.2021

Respublika Fənn olimpiadalarının yarımfinal turu keçirilib.

10 mart 2021-ci il tarixdə Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbində Respublika Fənn Olimpiadalarının yarımfinal turu xüsusi karantin rejimi qaydaları nəzərə alınmaqla keçirilib. Respublika Fənn Olimpiadalarının Yarımfinal turunda iştirak etmək hüququ qazanmış  Zaqatala, Qax, Balakən rayon ümumtəhsil məktəblərinin 138 şagirdi iştirak edib.