01.04.2021

" 31 Mart Azərbaycanlıların soyqırımı günü"

Zaqatala rayonu ümumtəhsil məktəblərində " 31 Mart Azərbaycanlıların soyqırımı günü"nə həsr olunmuş təqdimatlar, onlayn dərslər və tədbirlər keçirilib.Tədbirlərdə 1918-ci il 30 mart-3 aprel tarixlərində daşnaq erməni dəstələri tərəfindən Azərbaycanda törədilmiş soyqırım nəticəsində 140 mindən artıq dinc əhalinin qətl edilməsi, minlərlə insanın qaşqın və itkin düşməsi, 700 dən çox şəhər və kəndlərin yerlə yeksan edilməsi, milli-mənəvi və tarixi abidələrin dağıdılması və talan edilməsi barədə şagirdlərə ətraflı məlumatlar verildi. Videoçarxlar nümayiş etdirilib, şagird təqdimatları dinlənilib.


Açar sözlər: ,  ,  ,  ,