07.04.2021

07 aprel-Ümumdünya Sağlamlıq günü

Zaqatala rayon Göyəm kənd tam orta məktəbində psixoloq Sevinc Orucovanın təşkilatçılığı ilə " 07 aprel-Ümumdünya Sağlamlıq Günü" münasibəti ilə tədbir keçirilib. Tədbirdə Ümumdünya Sağlamlıq  Günü barədə məlumat verən psixoloq S.Orucova sürətlə dəyişən ətraf mühitdə yalnız heyvanlaın və bitkilərin deyil, insanların da müdafiəyə ehtiyacı olduğu ifadə etdi. Şagirdlər mövzu ilə bağlı təqdimatlar təqdim edib.