08.06.2021

Yay məktəblərinin təşkili ilə bağlı onlayn iclas keçirilib

Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov rayonun ümumtəhsil məktəb rəhbərlərinin iştirakı ilə onlayn iclas keçirib. İclas zamanı Yay məktəblərinin təşkilinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq təlimatı məktubuna uyğun olaraq təmin edilməsi və yaya məktəblərinin üstünlükləri barədə müzakirələr aparılmışdır. 

 

Eyni zamanda rayonda keçiriləcək IX sinif buraxılış imtahanlarına hazırlığın vəziyyəti, summativ qiymətləndirilmənin təlimata uyğun aparılması, məktəblərdə kargüzarlıq işinin qaydalara uyğun təşkil edilməsinin vacibliyi məktəb rəhbərlərinin diqqətinə çatdırılmışdır. 


Açar sözlər: