30.06.2021

Yay məktəbində son gün

 

Zaqatala Rayon ümumtəhsil məktəblərində  16 iyun 2021-ci il tarixdən etibarən 2 həftə müddətində  ödənişsiz və könüllü əsaslarla “Yay məktəb” ləri təşkil edilib. “Yay məktəbi”nin təşkilində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi və təhsil müddətində olan çatışmazlıqları tamamlamaqdır. 16 iyun tarixindən Zaqatala rayon ümumtəhsil məktəblərində təşkil olunmuş "Yay məktəbləri"nə 11065 şagird cəlb olunub.

 

Zaqatala rayonu ümumtəhsil məktəblərində təkil edilmiş "Yay məktəbləri"ndə son dərs günü keçirilib. Şagirdlər rayonun II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrini və məzarlarını ziyarət ediblər. Eyni zamanda rayonun təbiət guşələrinə, görməli yerlərinə ekskursiyalar təşkil edilib.


Açar sözlər: ,  ,  ,