Habil Qurbanov
Müdir
07 mart 1970-ci ildə Zaqatala rayonunun Qımır kəndində anadan olmuşdur.
1987-ci ildə N.Tusi adına APİ-nun fizika fakultəsinə daxil olmuş, 1993-cü ildə institutu fizika müəllimi ixtisası üzrə bitirmişdir.
1993-cü ildə pedaqoji fəaliyyətinə Zaqatala rayonunun Zəyəm kənd əsas məktəbində fizika müəllimi kimi başlanmışdır. Həmin ildə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
1995-ci ildə Zaqatala rayonu Zəyəm kənd əsas məktəbinə direktor təyin edilmişdir.
1997-ci ildə zaqatala rayonu Zəyəm kənd tam orta məktəbinə direktor təyin edilmişdir.
2003-cü ildə Zaqatala Rayon İcra hakimiyyətinin İctimai təşkilatlar və siyası partiyalarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
2006-cı ildə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhər İnzibati Ərazi nümayəndəsi vəzifəsinə təyin edilmişdir.
2010-cu ildən Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır.
2007-ci ildən hal-hazıradək YAP-nın Zaqatala Rayon Təşkilatının sədridir.